TikTok platforması ölkəmizdə istifadə olunmağa başlayandan bəri məzmun yaradıcılarının əlində bir bayraq var: video paylaşdım 100k baxış gəldi. Algoritm əla işləyir, hamıya göstərdi və s. Məzmun yaradıcılarının yaralı yeri elə rəqəmlərdi. Məhsul reklamı və ya yeni sponsorlar cəlb etmək üçün bu rəqəmlər böyük rol oynayır.
Gələk indi TikTokun necə bu qədər çox "view" verə bilməsinə. Bundan öncə isə baxış sayğacının digər platformalarda necə işlədiyinə baxaq. Youtube shorts videosuna 1 baxış gəlməyi üçün siz o videoya minimum 10 saniyə baxmalısınız. Yani ortalama 15 saniyəlik videonun böyük hissəsinə baxmalısız ki, həmin videonun baxış sayı +1 olsun. Youtube-un normal videoları üçün isə bu vaxt minimum 30 saniyədir. normal 3 dəqiqəlik videonun minimum 30 saniyəsinə baxmasan o videoya baxış sayı sayılmır. Məncə artıq TikTok-un nə etdiyini təxmin elədiniz. TikTok məzmununa 1 baxış verməyiniz üçün o kontentə cəmi 1cə saniyə baxmağınız kifayətdir. Çox güman ki, yuxarı sürüşdürüb kontenti ötürsəniz belə baxış sayı sayılır.
Doğrudur bunun üçün digər nəzarət ölçü parametrləri də var, məsələn save etmək, payşalmaq, rəy yazmaq kimi. Təəsüüf ki, biz ən böyük rəqəmi ən doğru olaraq qəbul edirik.
