Yaxşı xətt niyə hələ də önəmlidir?

Yaxşı xətt niyə hələ də önəmlidir?

Yadıma gəlir mən uşaq olan zaman rəhmətlik babam mənə dərs tapşırıqlarımı hazırlayan zaman “çalış xəttin yaxşı olsun” tövsiyəsini tez-tez verərdi. Bu fikri öz təcrübəsi ilə əsaslandırırdı. O dövrlərdə qurumlardan birində vəzifə üçün seçilən namizədlərdən ikisi son mərhələyə keçir və demək olar ki, ikisinin də bilik və bacarıqları eyni olur. Yekun olaraq hər iki namizədə tərcümeyi-hal yazılması tapşırığı verilir. Nəticədə isə əlyazma xətti yaxşı və aydın olanın işə götürürlər.

2026 · Mar 26