Bir neçə müddət əvvələdək kiminsə Miyazaki stilində avatarının olması özəl bir şey ola bilərdi, çünki onun hazırlanma prossesi ilə süni intellektə prompt vermək arasında sadəcə əziyyət fərqi var idi.
On il öncə bir şəxsin və ya şirkətin vebsaytının olması xüsusi bir şey idisə, hazırda bunu sadə şəkildə bir neçə dəqiqəyə süni intellekt və ya hazır şablonlar vasitəsilə hazırlamaq olur.
İstər fərd olaraq, istərsə də cəmiyyət olaraq qazanılmayan haqq-hüququn dəyərinin bilinmədiyini görə bilərik.
Daha çox yaradıcı nümunə üçün hətta təkcə süni intellektlə hazırlanmışm yox həmçinin köməkedici proqramlar və alətlər vasitəsilə də hazırlanmış vebsaytlara (məsələn, Wordpress, Wix və s.), musiqilərə (Auto-tune tipli programlar) baxmaq olar. Hansı ki, süni intellektdən daha öncə də işlərimizi asanlaşdırmağa can atırdıq.
Bəs bu kimi vasitələr işlərimizi asanlaşdırmağı və ya dəyərsizləşdirməyi problemdirmi?
Nəzərə alsaq ki, düşüncələrimiz və ehtiyaclarımız da davamlı olaraq dəyişir, həmçinin keçmişə də baxaraq belə bir nəticəyə gəlmək olar ki, dəyər yüklədiyimiz və əlçatması daha çətin olan istəklərimiz də tükənmək bilmir. Sadəcə qabıq dəyişdirir.
