Yəqin ki, sürətli tükətim dedikdə hamımızın ağlına ilk öncə Fast Food-lar gəlir. Lakin son dönəmlərdə sürətli tükətməlik yeməklərlə yanaşı rəqəmsal aləmdə də sürətli tükənən məzmunları sevməyə başlamışıq. Dizayn kanallarında gördüyümüz və toplu şəkildə daha sonra baxmaq adı ilə “save” etdiyimiz saysız-hesabsız “Design do & don’ts”, “2025-in ən yaxşı şriftləri”, “5 uğurlu rəng kombinasiyası” və s. tipli qısa məzmunları həzm etmədiyimizin fərqinə varmaq olar. Sanki, ac vaxtımızda qəbul etdiyimiz sağlıqsız fast foodlar kimi ancaq anlıq olaraq bizə kömək edirlər. Uzunvadədə isə bizə ziyan vurur bu kimi sürətli tükətim məhsulları.

Bəs bu sürətli tükətim məhsulları və məzmunları niyə ziyandır? Araşdırmalar onu göstərir ki, fast foodlardakı əsas problemli məsələ yüksək miqdarda yağ, şəkər, duz və lif baxımından isə kasad olmasıdır. Bunlar da öz növbəsində qan təzyiqin və xolesterin artmasına, piylənmə və artıq çəkiyə səbəb olur. Lif çatışmazlığı isə həzm problemlərinə yol açır.##

Eynilə də qısa məzmunların ilk baxışdan bilgi ilə zəngin olması lakin teoriya və praktika cəhətdən kasad olması da bir çox problemlərə yol aça bilir. Sürətli şəkildə informasiya bombardımanına məruz qaldığımız bu dövrdə qəbul etdiyimiz yeni məlumatların hər birini emal etməyimiz mümkünsüzdür. Bunun qısa bir nümunəsin illər əvvəl baş vermiş lakin indi anladığım bir xatirəmlə izah etmək istəyirəm.

Qəbul imtahanın hazırlaşdığım 2014-cu ildə bəzi fənnlərdən çətinlik çəkirdim əsas da ingilis dilindən. Xarici dildə kifayət qədər söz bilsəm də işin teoriya tərəfini anlaya bilmirdim. Müəllimim mənim üçün bir həll yolu tapmışdı — çox qısa halda A4-ə yazılmış onlarla kiçik qaydalar toplusu hazırlamışdı, hansılar ki, əslində dilin qrammatik qaydalarında yoxdur lakin bu kiçik “trick”ləri əzbərləməklə mən imtahanlarda xarici dil nəticələrimi xeyli yaxşılaşdırdım. Problem isə sonrakı illərdə özünü göstərdi, mən ingilis dilində həm bilirdim həm də bilmirdim. Kiçik-kiçik və maraqlı qaydaları bilirdim hansı ki, işə də yaramışdı lakin ingilis dilində danışa da anlaya da bilmirdim. Bu hadisənin üzərdinən 10 ildən çox bir müddət keçdikdən sonra mən niyə belə olduğunu və indiki dövrdə mənim də tükətdiyim lakin daha sonra əməl etmədiyim və heç bir əsaslı səbəbə dayanmayan dizayn “trick”lərini yaddaşa yazdığımı lakin bunların mənə heç bir köməyi dəymədiyini anladım.

Nəticə olaraq bu halda edə biləcəyimiz ən yaxşı şey aldığımız informasiyaları güclü isbatlarla əsaslandıraraq mənimsəməkdir. Son olaraq isə Pablo Picassonun məhşur ifadəsi ilə bitirmək istəyirəm: “Learn the rules like a pro, so you can break them like an artist.” ##