Bu söhbətdən 20 il sonra, texnologiya ilə münasibətlərimin dəyişdiyini hiss etməyə başladım və fərqinə vardım ki, artıq yalnız klaviatura ilə yazıram. Daha sonra yenidən yazı yazmaq vərdişimi geri qazanmaq üçün bu haqqda araşdırmağa və davamlı yazmağa başladım. Məsələsən, Norveç Elm və Texnologiya Universitetində aparılan bir araşdırmada tələbələrin həm əlyazma, həm də klaviatura ilə yazarkən beyin fəaliyyətləri ölçülüb. Əlyazma zamanı beyində öyrənmə və yaddaşa cavabdeh olan bölgələrdə daha güclü aktivlik müşahidə olunub.

Bu təcrübədən iki vacib nəticə çıxardım:

  1. Gələcəyi dəqiq təxmin etmək çətindir, lakin hazır olmaq vacibdir.

  2. Yazmaq — xüsusən də əllə yazmaq — təkcə öyrənmək üçün deyil, düşüncəni formalaşdırmaq üçün də önəmlidir.